AZ

Nazir: Özbəkistan Azərbaycan investorları üçün əsas tərəfdaşlardan biridir

Bakı, 20 iyun, AZƏRTAC

Özbəkistan Azərbaycan investorları üçün əsas tərəfdaşlardan biridir. Biz özbək biznesinin bizim bazara böyük marağını müşahidə edirik.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumda çıxışı zamanı deyib.

“Bu istiqamətdə 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti mühüm rol oynayır. Fond yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir”, - deyə nazir qeyd edib.

Seçilən
13
1
azertag.az

2Mənbələr