EN

BMU dünya universitetləri 1000-liyində yer alıb

Dünya universitetlərinin yeni reytinq siyahısı (QS World University Rankings 2026) açıqlanıb. Bakı Mühəndislik Universiteti (BMU) reytinq siyahısında ciddi irəliləyişə nail olub. Siyahıda dünya üzrə ilk TOP 1000-ə daxil olan BMU ötən illə müqayisədə 550 pillə irəliləyərək 901-950 aralığında qərarlaşıb.

Qeyd edək ki, ümumilikdə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Müəllim-tələbə nisbəti”, “Əcnəbi müəllim payı”, “Əcnəbi tələbə payı” və “Məşğulluq nəticələri” indikatorları üzrə Azərbaycan universitetlərinin göstəricilərində müsbət dinamika müşahidə olunub.

Reytinqin nəticələrinə əsasən, Azərbaycan Cənubi Qafqaz regionunda lider mövqedədir və ölkəmizdən reytinqə daxil olan universitetlərin sayı Cənubi Qafqazın digər dövlətlərindən reytinqə düşən universitetlərin toplam sayından 3 dəfə çoxdur.

XQ

Chosen
4
6
xalqqazeti.az

7Sources