EN

Qaxda əməliyyat keçirildiyi, İcra başçısının saxlanıldığı bildirilir - "Onlar Bakıya gətirilir"

Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar.

Qeyd edək ki, Musa Şəkiliyev  Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə 2010-cu ildə təyin olunub.

XXX

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.

Məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.

Hazırda onlar Bakıya gətirilir.

XXX

Dövlət Təhlükəsizliyi Xidmətinin Qax rayonunda əməliyyat həyata keçirdiyi barədə məlumat yayılıb.

Məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.

Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunub.

© Report, News24

Musa Şəkiliyev
Chosen
24
4
marja.az

10Sources