Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar.
Qeyd edək ki, Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə 2010-cu ildə təyin olunub.
XXX
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.
Məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.
Hazırda onlar Bakıya gətirilir.
XXX
Dövlət Təhlükəsizliyi Xidmətinin Qax rayonunda əməliyyat həyata keçirdiyi barədə məlumat yayılıb.
Məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.
Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunub.
© Report, News24