EN

Avropa klubu millimizin hücumçusuna “get” dedi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov çox güman ki, növbəti mövsümə yeni klubunda başlayacaq.

Sportinfo.az “sport1.pl” portalına istinadən xəbər verir ki, Dadaşovun ötən mövsümün ikinci yarısını keçirdiyi “Radomyak” 26 yaşlı hücumçu ilə müqavilə müddətini artırmayıb.

Bununla belə, Renat Ekstraklasanın digər təmsilçisi “Motor”un (Lublin) diqqət mərkəzinə düşüb.

Millimizin hücumçusunun "Hayduk"un (Split) da maraq dairəsində olduğu bildirilir.

Chosen
18
sportinfo.az

1Sources