EN

Premyer Liqa klubundan 25 milyon avroluq transfer

İngiltərənin "Vulverhempton" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "qurdlar" "Selta"dan Fer Lopesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Vulverhempton" ispan vinger üçün onun klubuna 25 milyon avro təzminat ödəyəcək. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fer Lopes "Selta"nın yetirməsidir. Gənc oyunçu ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
18
1
sportal.az

2Sources