EN

AzTV auditor seçib

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AzTV) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Grovv Audit And Consulting" QSC-dir.

Qalib şirkətə 23,6 min manat ödəniləcək.

Xatırladaq ki, ötən il bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 14,8 min manat ödənilib.

Chosen
25
8
report.az

9Sources