EN

Azərbaycan Rumıniyaya neft ixracını 2 dəfə artırıb

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycandan Rumıniyaya 377,1milyon ABŞ dolları dəyərində 683,7 min ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 164,9 milyon ABŞ dolları və ya 77,7%,həcm ifadəsində isə 339,3 min ton və ya 2 dəfə çoxdur.

Dövr ərzində Rumıniya Azərbaycanın ən çox neft ixrac etdiyiölkələr sırasında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandan 17ölkəyə 5,6 milyard ABŞ dolları dəyərində 10,4 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 615,9 milyon ABŞ dolları və ya 9,8% az, həcm ifadəsindəisə 493,4 min ton və ya 5% çoxdur.

Məqalədə:
Chosen
70
50
az.trend.az

10Sources