EN

Kreml İranda rejim dəyişikliyini qəbuledilməz sayır

"Kreml İranda rejim dəyişikliyini qəbuledilməz sayır, ölkənin Ali Liderinin öldürülməsi isə "Pandora yeşiyi”nin açılması olardı".

APA xəbər verir ki, bunu "Sky News" telekanalına müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu barədə danışmaq belə qəbuledilməzdir. Moskvanın Xamneyinin qətlinə reaksiyası isə son dərəcə mənfi olardı. Biz bunu təqdir eləməzdik", - deyə Peskov vurğulayıb.

"Hadisələrin bu cür inkişafı “Pandora yeşiyi”nin açılması olardı", - Putunun sözçüsü əlavə edib.

Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Katz İrana qarşı hərbi əməliyyatın məqsədlərindən birinin məhz Xameneinin ölürülməsi olduğunu bəyan edib.

Chosen
15
apa.az

1Sources