EN

İlham Əliyev insanlara daim sevinc bəxş edir- ÖZƏL

"Cənab Prezidentimiz İlham Əliyev insanlara daim sevinc bəxş edir, qayğılarını unutdurur, qəlblərində ümid cırağı yandırır, ayağı dəyən yerlər gülüstana çevrilir. Qardaş Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılışı və türkiyəli bacı-qardaşlarımıza mənzillərin açarlarının təqdim edilməsi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarındakı mənzərəni xatırlatdı. Qardaşlığımızın, birliyimizin və bərabərliyimizin göstərici olan bu tarixi hadisə haqqında hələ çox yazılacaqdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Açılış mərasimində cənab Prezidentimiz İlham Əliyevin çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin bu günü və gələcəyi baxımından bir sıra prinsipial məsələlər öz əksini tapıb: Kahramanmaraşda baş vermiş bu faciəni öz faciəsi kimi qəbul edən Azərbaycan xalqı  Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirdi; 
 Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərdi. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarıldı, qurduğu iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərdi;
  Azərbaycan hər zaman Türkiyənin, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. İşğaldan azad edilmiş ərazilərdə heç bir xarici yardım olmadan təkbaşına tikinti-quruculuq işləri aparan, keçmiş məcburi köçkünləri daimi yaşayış yerlərinə qaytaran Azərbaycan dövlətinin Kahramanmaraşda binaları tikməsi təkcə dövlətimizin maliyyə-iqtisadi qüdrətini göstərmir, eyni zamanda çətin şəraitdə türk qardaşımıza yardımın nə qədər vacib, yanında olduğunu göstərir;
 "Azərbaycan" məhəlləsinin açılışı birliyimizin və dostluğumuzun təzahürüdür. Zəlzələdən iki il keçməsinə baxmayaraq, inşa edilən 90-dan çox binadakı 1200 mənzildə türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Uşaqların və məktəblərin də qayğıları həll edilib. Burada məktəb və uşaq bağçası tikilib. Mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur;
  Azərbaycan və Türkiyə yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birinin yanındadır və bir-birinin gücünü artırırlar;
 Türkiyə-Azərbaycan qardaşlığı, birliyi təkcə regiona deyil, dünya miqyasında əhəmiyyətli amildir, təhlükəsizlik, əməkdaşlıq, inkişaf və qardaşlıq rəmzidir. Şuşa Bəyannaməsi əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb. Dost, qardaşıq, müttəfiq olan Türkiyə və Azərbaycan həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyirlər;
 Azərbaycanda Türkiyənin 10 milyon bacı-qardaşı, Türkiyədə Azərbycanın 80 milyondan çox bacı-qardaşı vardır;
 Azərbaycan-Türkiyə qardaşlığı tarixinə ən şərəfli səhifələrdən biri kimi daxil olan 19 iyun bütün dünyaya bir mesaj, bütün gələcək nəsillərə isə örnəkdir. Bu örnəyi yaradan cənab Prezidentimiz İlham Əliyevdir!    
 Allah heç bir zaman türk millətlərinə acı günlər göstərməsin və birliyimizi əbədi etsin!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
77
21
olaylar.az

10Sources