EN

Ekspertlər: Tramp üçün III Dünya müharibəsində qələbə İranda başlayır

ABŞ prezidenti Donald Trampın komandası artıq anlayır ki, ABŞ, NATO və Sakit okean regionundakı müttəfiqləri Rusiyanın və Çinin onlara qarşı başladığı qlobal müharibəyə cəlb olunub...

Poliqon xəbər verir ki, bu fikri The Hill nəşrində köşə yazarı Mark Tot və istefada olan polkovnik Conatan Suit irəli sürüblər.

Onların fikrincə, əvvəlcə Qərbin yeni "Şər oxuna" qarşı ilk məğlubiyyətini Ukraynada vurması daha məntiqli görünürdü. Lakin indi bu nöqtə İran olub.

Məlumatda bildirilir ki, Tehran ABŞ və onun müttəfiqlərinə qarşı 46 ildir ki, birbaşa və dolayı (proksi qüvvələr vasitəsilə) müharibə aparır və bu prosesdə güclü tərəfdaşlarından biri də Rusiyadır.

Yaxın günlərdə Kreml lideri Vladimir Putin ABŞ, İsrail və İran arasında İranın nüvə proqramına dair vasitəçilik təklif edib. Tramp isə buna kəskin rədd cavabı verib. Elə ertəsi gün Rusiya Xarici İşlər Nazirliyi İsrailin İranın nüvə obyektlərinə hücumlarını dayandırmasını tələb edən bəyanatla çıxış edib və bu hücumların qlobal nüvə fəlakətinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

"Geosiyasi uğursuzluqla qarşılaşan Moskva növbəti dəfə nüvə şantajına əl atır. ABŞ-ın sabiq prezidenti Baydenin administrasiyası - xüsusilə də sabiq milli təhlükəsizlik müşaviri Ceyk Sallivan - bu təhdidlərə bir neçə dəfə boyun əymişdi. Trampın komandası isə boyun əyməməlidir", deyə müəlliflər vurğulayıb. Trampın Putinin təklifinə verdiyi sərt reaksiya buna nümunə kimi göstərilir.

Bu arada İsrail və İran qarşılıqlı zərbələr mübadiləsini davam etdirir. Ağ Evdə böyük təcili qərar ehtiyacı hiss olunur, çünki İranın ballistik hücumları İsrailin çoxqatlı hava hücumundan müdafiə sisteminin əsas elementi olan "Ox" (Arrow) raketlərini tükəndirir. Bundan əlavə, ABŞ-ın Fars körfəzindəki müttəfiqləri – Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Oman, Qətər və BƏƏ – xüsusilə də onların liman və neft ixracı infrastrukturu təhlükə altındadır.

"Planet üzrə maye karbohidrogenlərin (neftin) təxminən 20 faizi – gündəlik 20 milyon barel – Hörmüz boğazından keçir", deyə Tot və Suit qeyd edirlər.

İran isə İsraillə qarşıdurmaya ABŞ-ın qoşulacağı təqdirdə tammiqyaslı müharibə ilə hədələyir və bu zaman İordaniya, İraq və regiondakı digər ölkələrdəki ABŞ hərbi obyektləri də zərbə altına düşə bilər.

Pentaqon artıq Bəhreyndən donanmasını yenidən yerləşdirməyə başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin bütün qabaqcıl gəmiləri Fars körfəzindəki əsas limanı tərk edib. Bu, çox güman ki, Ağ Evin İsrailə hərbi dəstək qərarı verdiyini göstərir. Müəlliflər qeyd edirlər ki, bu, qısa müddətdə Moskva və Pekin üçün bir qələbə sayılsa da, Trampın İrana qarşı hücum əməliyyatlarına hazırlaşdığı aydındır.

"Əgər ABŞ bu başlamış üçüncü dünya müharibəsində həqiqətən qalib gəlmək istəyirsə, Tehranın şimal-qərbində, yerin dərin qatlarında yerləşən Fordo nüvə obyektini toxunulmaz vəziyyətdə saxlamaq qəbuledilməzdir. Tramp da, görünür, bunu anlayır", deyə məqalədə vurğulanır.

Pentaqon regiona böyük hücum qüvvələri cəmləyir. Son günlərdə Avropaya və Yaxın Şərqə döyüş təyyarələri və yanacaq daşıyan təyyarələr göndərilib. Fordo obyektinin Ağ Evin diqqət mərkəzində olduğu ehtimal edilir.

"USS Carl Vinson" aviadaşıyıcısına "USS Gerald Ford" və "USS Nimitz" də qoşulub. Bu isə Putinə və Si Tszinpinə açıq siqnaldır: "qırmızı xətlər" qorunacaq. Görünür, İran da vəziyyətin ciddiliyini anlayır. Pekin də artıq məsələyə müdaxilə edib. Çin xarici işlər naziri Van İ bildirib ki, İsrail və İran arasında eskalasiya nəzarətdən çıxa bilər və dərhal atəşkəsə çağırıb.

"Amma görünür ki, artıq gecdir: İranda rejim dəyişikliyi və oradakı Çin sərmayələrinin itirilməsi reallığa çevrilə bilər. Van İ isə bu vəziyyətdə İsraili 'beynəlxalq hüququ pozmaqda' günahlandıraraq, Rusiyanın 2022-ci ildən Ukraynada törətdiyi hərbi cinayətləri və soyqırımı görməzdən gələn Pekinin riyakarlığını nümayiş etdirib", deyə ekspertlər bildirir.

Tramp, görünür, anlayır ki, İran məğlub edilməli, onun nüvə proqramı isə tamamilə məhv olunmalıdır. O, həmçinin bu addımın kifayət etməyəcəyini və müharibənin daha geniş cavab tələb etdiyini də dərk edir.

Açıq sual qalır: Tramp İran təhlükəsini neytrallaşdırdıqdan sonra diqqətini hara yönəldəcək? Əgər o, RusiyaAvropanın öhdəsinə buraxıb diqqətini yalnız Çinə yönəldərsə, bu strateji səhv olacaq – Suit və Tot bu qənaətdədir. Müdafiə nazirinin müavini Elbric Kolbi dəfələrlə Ukraynaya hərbi yardımı dayandırmağa və əsas diqqəti Hind-Sakit okean regionuna yönəltməyə çağırıb.

Lakin ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Maykl Kurilla bu yanaşmaya qarşı çıxır. O, ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunun gücləndirilməsini və İranın nüvə infrastrukturunun məhv edilməsi üçün hazırlıq görülməsini vacib sayır.

"Amma Kolbi əsas məqamı gözdən qaçırır: bu, vahid cəbhədir. Ukraynada, İranda, ehtimal ki, Tayvanda və Sakit okeanda baş verən döyüşlər bir-biri ilə strateji şəkildə bağlıdır", deyə ekspertlər qeyd edir.

Onların fikrincə, Xameneiyə qarşı qələbə və Putinin məğlubiyyəti Trampın Çindən gələn təhlükəni cilovlamaq üçün ata biləcəyi ən vacib addımlardır. Bu da onların sözlərinə görə, artıq üçüncü dünya müharibəsidir. Qələbə isə İranda başlayır və Ukraynada başa çatır.

Poliqon.info

Chosen
6
poliqon.info

1Sources