EN

Əmək münasibətləri üzrə islahatlar gənclərin əmək bazarına inteqrasiyasını sürətləndirir

Finss.az - Son illərdə aparılan sosial islahatlar əmək münasibətləri sahəsini də əhatə edir. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev “DOST to DOST” layihəsi çərçivəsində keçirilən “Əmək münasibətləri” təlim proqramının bağlanış mərasimində çıxışı zamanı bildirib.

Nazir müavininin sözlərinə görə, əmək qanunvericiliyi müasir dövrün tələblərinə və beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilir, əmək və məşğulluq sahələrində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılır.

“‘DOST to DOST’ layihəsi çərçivəsində təşkil edilən təlim proqramı gənclərin əmək münasibətləri ilə bağlı biliklərinin artırılmasına mühüm töhfə verir. Bu təşəbbüs onların əmək bazarına inteqrasiyasını sürətləndirməklə yanaşı, hüquq və vəzifələri barədə məlumatlılıq səviyyəsini yüksəldir”, – deyə o qeyd edib.

Rəşad Mustafayev əlavə edib ki, proqram iştirakçıları əmək müqavilələrinin bağlanması, təhlükəsiz iş şəraitinin yaradılması, sosial sığorta sisteminə qoşulma kimi mövzularda praktiki və hüquqi biliklər əldə ediblər.

Nazir müavini təlim təşəbbüslərinin gələcəkdə daha geniş miqyasda tətbiqinin gənclərin məşğulluq imkanlarının artırılmasına töhfə verəcəyini vurğulayıb.

Chosen
14
fins.az

1Sources