EN

Ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı artır

2025-ci ilin yanvar-may aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 33,2 faiz artaraq 3,36 milyard dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan MDB ölkələrinə ixrac: 653 milyon dollar (+5,2 faiz)

MDB ölkələrindən Azərbaycana idxal: 2,7 milyard dollar (+42,4 faiz)

Cari ilin ilk 5 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 16,05 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 2,36 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi

Chosen
76
50
vergiler.az

10Sources