“Real”ın futbolçusu Kilian Mbappe xəstəxananı tərk edib.
Msport.az xəbər verir ki, fransalı hücumçu ABŞ-da Madrid klubunun düşərgəsinə qayıdıb.
Mbappe kəskin qastroenterit diaqnozu ilə hospitala yerləşdirilmişdi. Onun aparılacaq müalicələrdən sonra tədricən komandanın məşqlərinə qoşulacağı bildirilib.
Qeyd edək ki, Mbappe klublararası dünya çempionatının ilk turunda “Əl-Hilal”la (Səudiyyə Ərəbistanı) 1:1 hesabı ilə başa çatan oyunu soyuqdəymə üzündən buraxıb. Onun “Paçuka” ilə növbəti matçda meydana çıxacağı sual altındadır.