“Rusiya Xarici İşlər Nazirliyi amerikalı milyarder İlon Maska Rusiyada siyasi sığınacaq verilməsi xahişini alıb”.
Oxu.Az-ın NEWS.ru-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov deyib.
Onun sözlərinə görə, XİN-dən bir ay ərzində cavab gəlməlidir.
“Mənə elə gəlir ki, İlon Mask səhvlər edib, lakin bu səhvləri bağışlamaq lazımdır. Əgər alınmasa, o zaman onu həmişə gözləyirik, o, texnolojilik və uzaqgörənlik baxımından çox əladır”, – deyə deputat vurğulayıb.