EN

İranla bağlı böhranı həll etmək üçün 2 həftəmiz var – Britaniyanın XİN başçısı

Britaniya, Fransa və Almaniyanın İranın nüvə proqramı ətrafında yaranmış böhranı diplomatiya yolu ilə həll etmək üçün iki həftə vaxtı var.
 
Bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmy deyib.
 
BBC-nin verdiyi məlumata görə, nazir Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff ilə görüşdən sonra deyib: “İndi qarşıdakı iki həftə ərzində diplomatik həllə nail olmaq üçün pəncərə var”.
 
Sky News-un məlumatına görə, Lemminin Amerika paytaxtına səfəri müsbət olub. Belə ki, ABŞ nümayəndələri onu İran ətrafında vəziyyətin diplomatik yolla nizamlanmasında maraqlı olduqlarına inandırıblar, baxmayaraq ki, onlar hərbi ssenarinin hələ də nəzərdən keçirildiyini açıqlayıblar. Böyük Britaniya Xarici İşlər Nazirliyi təsdiqləyib ki, Lemmy Vaşinqtondan birbaşa Cenevrəyə gedəcək və orada iyunun 20-də İranın xarici işlər naziri Abbas Əraqçi ilə Aİ-3 danışıqlarında iştirak edəcək.
Chosen
13
2
moderator.az

10Sources