EN

İran raketi Microsoftun İsraildəki ofisinə düşüb

İran İsrailin Beer Şeva şəhərində Microsoft-un ofisinə hücum edib, raket IT şirkətinin baş qərargahının arxasına, avtomobillərin olduğu dayanacaqa düşüb...

Poliqon xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Nəşr qeyd edib ki, səhər saatlarında İran tərəfi İsrailə doğru ən azı üç raket atıb. Onlardan bəziləri İT şirkətinin ofisinin yaxınlığında düşüb. Hadisə nəticəsində binanın şüşəsi zədələnib, azı 6 avtomobil yanıb.

İyunun 13-nə keçən gecə İsrail Tehranın nüvə proqramı ilə bağlı təhlükəni əsas gətirərək, İrandakı hədəflərə qabaqlayıcı zərbə endirdiyini elan edib.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, əməliyyat İranın nüvə infrastrukturunu, ballistik raket istehsalı müəssisələrini və ölkənin hərbi potensialını məhv etmək məqsədi daşıyır.

Poliqon.info 

Chosen
17
poliqon.info

1Sources