EN

''Beşiktaş''ın qapıçısı ən böyük arzusunu açıqladı

''Beşiktaş'' və Türkiyə yığmasının qapıçısı Mərt Günok ''Kafa Sports'' adlı ''yutub'' kanalına açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, ''Fənərbaxça''nın yetirməsi olan, bu klubdan başqa ''Bursaspor'' və ''İstanbul BŞ''nin də şərəfini qoruyan 36 yaşlı əlcək sahibi 2021-ci ildən ''Beşiktaş''dadı. O ən böyük arzusunu açıqlayaraq bunları deyib:
''Ole Qunnar Sulşer hər kəsin də gördüyü kimi çox pozitiv bir insandı. Ancaq Türkiyədə bəzən belə xarakterli insanlar yanlış anlaşılır. Çünki daim xoşbəxt görünmək, gülərüz olmaq və gülümsəmək bizim insanımıza xas olmayan bir durumdu. Xüsusilə xal itirdiyimiz, uduzduğumuz oyunlardan sonra bu məqamın tez-tez müzakirə mövzusu olduğunu bilirəm. Ancaq Sulşer pozitiv insandı və bu xüsusiyyətini bizə də aşılayır. ''Beşiktaş''la hansı titul olursa olsun, fərqi yoxdu, hamısını qazanmaq istəyirəm. Amma bu forma ilə bircə çempionluq sevinci yaşamamışam. İnşallah onu da gələn mövsüm yaşayaraq əsas arzuma çataram. Derbilərdə qalib gəlmək her zaman insana əlavə ruh yüksəkliyi verir. Amma düzünü desəm, uğursuz mövsümdə qazanılan derbi məni uğurlu mövsümdə qazanılan derbi qədər xoşbəxt etmir. Ona görə də, məhz çempionluq mübarizəsi apardığımız mövsümdə derbilərdə qələbə sevinci yaşamaq istərdim''.
Chosen
21
1
football-plus.az

2Sources