EN

Komandamız dünya çempionatında uğursuzluqla üzləşdi

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması mundialı 3 medalla başa vurub.

Millimizin heyətində Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb. Komandamız bu nəticə ilə ümumi hesabda 14-cü pillədə qərarlaşıb.

Çempionat Yaponiya idmançılarının üstünlüyü ilə keçib. "Gündoğar ölkə" təmsilçiləri 6 qızıl, 4 gümüş və 4 bürünc medala sahib olublar.

Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında çıxış edən cüdoçular 3 qızıl və 2 bürüncə seviniblər. İtaliya yığması isə iki qızılla siyahıda 3-cü olub.

Azərbaycan cüdoçuları sabah qarışıq komandalar arasında dünya çempionatında qüvvəsini sınayacaqlar.

Chosen
33
sportinfo.az

1Sources