ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Karyerasını Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Əhli''də davam etdirən Merih Dəmiral ilə bağlı xəbər var. "Football-plus.az" xatırladır ki, son günlər Türkiyə yığmasının üzvünün yetirməsi olduğu ''Fənərbaxça'' ilə danışıqlar aparması barədə şayiələr yayılmışdı. İstanbul nəhənginin onu birillik icarəyə götürmək istədiyi iddia edilmişdi. Merih daha öncə verdiyi açıqlamada ''Fənər''də yarımçıq qalan işlərinin olduğunu bildirmişdi. Ona görə də bu qayıdışın bu yay baş vermək ehtimalı yüksək qiymətləndirilirdi. Eləcə də Merihə ''Atletiko''nun da maraq göstərdiyi barədə xəbərlər var idi. Amma 27 yaşlı futbolçunun bütün təklifləri geri çevirdiyi məlum olub. Onun ''Əl-Əhli'' ilə hələ birillik müqaviləsi var və Dəmiral ən azı bu müddətin sonuna qədər Səudiyyə Ərəbistanında qalacaq. Yəni onun daha bir il ''Əl-Əhli''də qalacağı dəqiqləşib. Daha öncə ''Yuventus'' və ''Atalanta''da forma geymiş Merih 2023-cü ildən Səudiyyə Ərəbistanında çıxış edir. Transfer dəyəri 13 milyon avro civarında olan mərkəz müdafiəçisi ötən mövsüm 44 rəsmi oyunda forma geyərək aktivinə 1 qol, 3 məhsuldar ötürmə yazıb. Xatırladaq ki, ''Əl-Əhli'' geridə qoyduğumuz mövsümdə Asiya Çempionlar Liqasının qalibi oldu. Merih bu turniri qazanan ilk türkiyəli futbolçu kimi adını tarixə yazdırdı.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.