EN

“Şəki Open 2025” beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şəki, 19 iyun, Mustafa Dadaşov, AZƏRTAC

İyunun 19-da Azərbaycan Şahmat Federasiyası, Şəki Şəhər İcra Hakimiyyəti və “Premier School” şahmat məktəbinin birgə təşkilatçılığı ilə Şəkidə “Şəki Open 2025” beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib. Şahmat turnirində yerli və xarici qrossmeysterlər, şahmatçılar və onların məşqçiləri iştirak edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib.

Şəki Şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov turnirin əhəmiyyətindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar.

Simvolik ilk gedişdən sonra turnirə start verilib.

Turnir 4 qrupda - A, B, Rapid və Blitz qruplarında təşkil olunur. Yarışlar FIDE-nin oyun qaydaları əsasında keçirilir.

iyunun 25-dək davam edəcək turnirin məqsədi Azərbaycanda şahmatın təbliği və inkişafı, şahmatçıların oyun təcrübəsinin artırılması, gənc şahmatçıların Avropa və dünya çempionatlarına hazırlanmasıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
azertag.az

2Sources