EN

Trampın İran qərarı: Bu tarixdə açıqlanacaq


“ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Tehranın nüvə proqramı ilə bağlı diplomatik əlaqələr qurmaq şansı var. ABŞ-nin İrana zərbə vurub-vumayacağına iki həftə ərzində qərar veriləcək”. 

News24.az “Cebheinfo.az”a istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

O, Vaşinqton administrasiyasının rəhbərinin sözlərindən sitat gətirib:

"İranla yaxın gələcəkdə mümkün ola biləcək və ya baş tutmayacaq danışıqlar var.  Mən iki həftə ərzində hərəkət edib-etməmək barədə qərar verəcəyəm".

İsrailin Baş naziri Benyamin Netanyahu “Kan” dövlət televiziya və radio şirkətinə müsahibəsində deyib ki, İran hökumətinin devrilməsi İsrailin İrandakı əməliyyatının məqsədi deyil, onun nəticəsi ola bilər.

"Əsas məqsəd İranın nüvə təhlükəsini aradan qaldırmaqdır. İkincisi, Tehrandan ballistik raketlər təhlükəsini aradan qaldırmaq lazımdır. Eyni zamanda, İran rejiminin qeyri-sabit olacağı da göz qabağındadır. İranda hökuməti devirmək məqsəd deyil, amma nəticə ola bilər".


Chosen
21
50
news24.az

10Sources