EN

İranın BMT-dəki səfiri: "Təcavüz dayandırılana qədər cavabımız olacaq"

"İsrailin hücumlarına qətiyyətlə cavab verilir və bu, qarşı tərəf dayanana qədər davam edəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisindəki daimi nümayəndəsi, səfir Əli Bəhreyni deyib.

O bildirib ki, İranın və xalqının təhlükəsizliy, xalqımızın təhlükəsizliyi naminə qanuni haqlarından istifadə edəcəklər: "Hərbi qüvvələrimiz təcavüzə cavab verməkdə əzmkardır. Xalqımız təhlükəsiz olana və təcavüz dayandırılana qədər cavabımız davam edəcək".

Səfir əlavə edib ki, İsrail bütün region üçün təhlükədir: "Hamımız bilirik ki, bu təhlükə təkcə İranla məhdudlaşmır. Bütün bölgəyə yönəlib. Ona görə də bölgəmizdəki hər kəs təcavüzü dayandırmaq üçün qərarlı olmalııdr".

Tahir Şəlvəli
MİA.AZ

Chosen
14
1
mia.az

2Sources