EN

Ağ Ev: İran "bir neçə həftə" ərzində nüvə silahı hazırlaya bilər

BAKI, 19 iyun. TELEQRAF

İran rəhbərliyi nüvə silahlı yaratmaqla bağlı qərar qəbul edərsə, bunu cəmi "bir neçə həftə" ərzində əldə etmək imkanına malikdir.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

"İranın nüvə silahı əldə etmək üçün hər şeyi var. Bunun üçün yalnız Ali Rəhbərin qərarı lazımdır. Bu silahı istehsal etmək üçün cəmi bir neçə həftə vaxt lazımdır. Bu, əlbəttə ki, təkcə İsrail üçün deyil, həm də ABŞ və bütün dünya üçün ekzistensial təhdid olardı", - o deyib.

Livittin fikrincə, Rusiya kimi ölkələr də daxil olmaqla bütün dünya razıdır ki, İran nüvə silahı əldə etməməlidir və əldə edə bilməz.

Chosen
67
2
teleqraf.com

10Sources