EN

Dünya çempionatının oyunu yarımçıq dayandırıldı

style='margin-bottom:10px;'>

ABŞ-da keçirilən klublararası dünya çempionatında A qrupunun 2-ci turunda keçirilən “Palmeyras” (Braziliya) – “Əl-Əhli” (Misir) oyunu qeyri-sabit hava şəraiti səbəbindən yarımçıq dayandırılıb.

QOL.az xəbər verir ki, görüş ikinci hissənin 63-cü dəqiqəsində saxlanılıb.

Oyunun dayandırıldığı anda “Palmeyras” 2:0 hesabı ilə öndə olub.

Qeyd edək ki, daha əvvəl də bu turnirdə hava şəraiti ilə bağlı problemlər yaşanıb. “Paçuka” (Meksika) – “Zalzburq” (Avstriya) oyunu da yarımçıq qalmış, “Ulsan” (Cənubi Koreya) – “Mamelodi Sandaunz” (Cənubi Afrika) matçı isə tufana görə 1 saat gec başlamışdı.

Chosen
7
3
teleqraf.com

4Sources