EN

Kurtua: Bəzi köhnə vərdişlər hələ də qalır

ain.az bildirir, Qol.az portalına istinadən.

“Real”ın qapıçısı Tibo Kurtua klublararası dünya çempionatının 1-ci turunda “Əl-Hilal”la keçirilən oyundan (1:1) danışıb. 

QOL.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Belçikalı futbolçu deyib:

“Biz hər şeyi yenidən qurmağa çalışırıq, amma dörd günə hər şeyi dəyişmək mümkün deyil. Dörd il digər məşqçi ilə çalışdıqdan sonra bəzi köhnə vərdişlər hələ də qalır. Daha yüksək müdafiə xətti və güclü pressinqlə nələrisə dəyişmək istədik. Birinci hissədə bir qədər passiv idik, amma ikinci hissədə daha aqressiv oynadıq. Biz də məhz bu cür futbol sərgiləmək istəyirik”.

Qeyd edək ki, bu oyundan sonra “Real” və “Əl-Hilal”ın aktivində 1 xal var. Qrupun lideri 3 xalla “Zalsburq”, son pillədə isə xalsız “Paçuka” qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
1
qol.az

2Sources