Rusiya Prezidenti Vladimir Putin növbəti xaricə səfərini Minskdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının ( Aİİ ) sammitinə planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində prezidentin köməkçisi Yuri Uşakov məlumat verib.
"Hər şey hazırlanır. Bu, Minsk şəhəri, Aİİ sammiti olacaq", - o qeyd edib.
Qeyd edək ki, tədbirin iyunun 27-də Belarusun paytaxtında keçirilməsi planlaşdırılır.