EN

Təmsilçimiz dünya çempionatını medalsız başa vurdu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycanlı cüdoçu Uşanqi Kokauri (+100 kq) 1/4 finalda gürcüstanlı Quram Tuşişviliyə məğlub olub.

O, bürünc medal uğrunda Temur Raximovla (Tacikistan) güləşib. Təmsilçimiz vazari xalı ilə öndə olsa da, sona 8 saniyə qalmış ipponla fəndinə düşüb. Uşangi dünya çempionatını 5-ci pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.

Daha bir cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Zelim Kotsoyev dünya çempionatında bürünc medal qazanıb!

Cüdo üzrə yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb

DÇ: Cüdoçumuz 1/4 finalda məğlub oldu

DÇ: Zelim Kotsoyev 1/8 finalda

Chosen
22
50
apasport.az

10Sources