EN

Mers Netanyahudan İranla bağlı daha təmkinli davranmağı istəyib

Almaniya kansleri Fridrix Mers İsrailin Baş naziri Benyamin Netanyahudan İranla bağlı daha təmkinli davranmağı xahiş edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Mers İranın nüvə infrastrukturuna qarşı İsrail ordusunun hücumlarını dəstəklədiyini bildirib, eyni zamanda yaranmış münaqişənin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb. Agentliyin mənbəsinə görə, Almaniya və İsrail nümayəndələri Qəzzadakı vəziyyəti də müzakirə ediblər.

Almaniya hökumətindən bu məlumatla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Chosen
36
12
nocomment.az

10Sources