EN

“Nyukasl” Reşfordu heyətinə qatmaq istəyir

“Mançester Yunayted”in hücumçusu Markus Reşfordun gələcəyi qeyri-müəyyən olaraq qalır.

90deqiqe.Az-ın "The Sun"a istinadən yaydığı məlumata görə, 27 yaşlı futbolçu ilə “Nyukasl Yunayted” ciddi maraqlanır. Klub hücum xəttini gücləndirmək üçün ingilis futbolçunu əsas hədəf kimi görür.

Futbolçunun adı daha öncə “Barselona” ilə də hallanırdı, lakin kataloniyalılar gözlənildiyi kimi konkret addım atmayıb. Buna baxmayaraq, “Nyukasl” Reşforda sabit oyun təcrübəsi və statusuna uyğun şərtlər təklif etməyə hazırdır.

“Mançester Yunayted” rəhbərliyi isə artıq futbolçunu toxunulmaz hesab etmir və transferlə bağlı danışıqlara açıqdır. Reşfordun hazırkı müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Chosen
101
31
90deqiqe.az

10Sources