EN

İran kaset bombalarından istifadə edib – İsrail ordusu


İsrailin Arxa Cəbhə Komandanlığı daha əvvəl “Qalei IDF” radiosunda dərc edilmiş məlumatı rəsmən təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu səhər Quş Dan bölgəsi üzərində partlayan İran raketlərindən biri kaset bombası olub.
Belə ki, döyüş başlığı kiçik bombaları böyük əraziyə səpələyib.
Söhbət təxminən 7 km hündürlükdə hər birinin çəkisi təxminən 2,5 kq olan 20-yə yaxın mini-bombaya bölünən raketdən gedir.
Belə bombalarda döyüş başlığı havada açılır və fraqmentlər təxminən 8 kilometr radiusda yayılır. Hər bir bomba zərbə partlayıcısı ilə təchiz olunur və hər hansı səthə dəydikdə partlayır.
Arxa Cəbhə Komandanlığı izah edib ki, bu cür raketlər daha geniş əraziyə ziyan vursa da, kaset bombalarının hər birinin ayrı-ayrılıqda partlayış qüvvəsi azdır.
Chosen
11
1
yeniavaz.com

2Sources