EN

Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Minskdə keçiriləcək sammitinə getməyəcək.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Belarus xarici işlər naziri Maksim Rıjenkov bildirib.

Qeyd edilib ki, o, tədbirə videobağlantı ilə qoşulacaq.

"Aİİ-yə üzv ölkələrin bütün rəhbərləri, Ermənistan baş naziri istisna olmaqla, tədbirdə şəxsən iştirak edəcəklərini təsdiqləyiblər. Nikol Paşinyan forumda distant formatda - videobağlantı vasitəsilə iştirak edəcək", - XİN başçısı qeyd edib.

Aİİ sammiti iyunun 26-27-də Belarusda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
7
525.az

8Sources