EN

PA nın şöbə müdiri Vəhdət Partiyasının yeni sədri ilə görüşüb

ain.az, Azvision portalına istinadən məlumat yayır.

A.Bakuvini partiya sədri seçilməsi ilə əlaqədar təbrik edən Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə siyasi müstəvidə sağlam əməkdaşlıq mühitini təşviq edən siyasi dialoqda partiyanın bundan sonra da fəal iştirakına ümid etdiyini bildirib. Görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan çoxsahəli islahatlar, əldə olunmuş tarixi Qələbə, uğurla icra olunan Böyük Qayıdış proqramı, sağlam iqtidar-müxalifət münasibətlərinin dəstəklənməsinin vacibliyi, konstruktiv əməkdaşlıq əlaqələrinin inkişafı, Azərbaycana qarşı aparılan informasiya müharibəsində siyasi partiyaların fəal mövqe sərgiləməsinin əhəmiyyəti və digər bu kimi məsələlər barədə danışan Administrasiya rəsmisi dünyada müşahidə olunan münaqişələr və mürəkkəb proseslər fonunda milli həmrəyliyin qorunmasının müstəsna əhəmiyyətini xüsusi vurğulayıb. Eyni zamanda, görüş çərçivəsində cəmiyyəti düşündürən məsələlərlə bağlı siyasi partiyalarla açıq müzakirələrin aparılması məqsədilə təşkil olunan müxtəlif tədbirlər haqqında fikir mübadiləsi aparılıb və bundan sonra da mövcud təcrübənin inkişaf etdiriləcəyi bildirilib. Son dövrdə görülən məqsədyönlü işlər nəticəsində siyasi partiyaların ölkənin siyasi-ictimai həyatında artan rolunu qeyd edən A.Bakuvi sədrlik etdiyi partiya üçün milli maraqların və dövlətçilik mövqeyinin qorunmasının hər zaman prioritet təşkil edəcəyini vurğulayıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məsələsinin partiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri olacağını vurğulayan partiya sədri dialoq mühitini dəstəkləmək məqsədilə ölkədə fəaliyyət göstərən sağlam niyyətli siyasi partiyalar ilə açıq əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinin də partiyanın gündəlik vəzifələrindən biri olacağını bildirib. AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
10
azvision.az

10Sources