Xəbər verdiyimiz kimi, bu gün coğrafiya və ibtidai sinif müəllimləri üçün sertifikasiya imtahanı keçirilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, ümumilikdə 314 müəllim iştirak edib. Coğrafiya fənni üzrə 269, ibtidai sinif üzrə isə 45 müəllim imtahan verib. Onlardan 63-ü kişi, 251-i isə qadın müəllimidir.
Qeyd edək ki, bu gün təşkil olunan test imtahanına ümumilikdə 4330 nəfər müəllim dəvət olunub.