EN

Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur".

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.

O, Azərbaycan Prezidentinə və xalqına dəstəyinə görə minnətdarlığını bildirib:

"Kahramanmaraşdakı "Azərbaycan məhəlləsi" bir millət, iki dövlət olduğumuzu bir daha göstərdi".

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 7.7 və 7.6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Zəlzələ nəticəsində 50 mindən çox insan həyatını itirib, 100 mindən çox adam isə müxtəlif bədən xəsarətləri alıb. Fəlakət zamanı ümumilikdə 38 901 bina dağılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
3
oxu.az

4Sources