Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur.
İndex.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.
O, Azərbaycan Prezidentinə və xalqına dəstəyinə görə minnətdarlığını bildirib:
“Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi” “Bir millət, iki dövlət” olduğumuzu bir daha göstərdi. Bu gün Azərbaycanın dəstəyi ilə Kahramanmaraşda 1213 mənzilin, 1782 iş yerinin və 1 məktəbin açılışı reallaşdırılır”.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Zəlzələ nəticəsində 50 mindən çox insan həyatını itirib, 100 mindən çox adam isə müxtəlif bədən xəsarətləri alıb. Fəlakət zamanı ümumilikdə 38 min 901 bina dağılıb.