EN

Yevlaxda toy karvanı qəza TÖRƏTDİ – Gəlin maşını piyadanı vurdu

Toy karvanında hərəkət edən gəlin maşını qəza törədib. Hadisə Yevlax rayonununda baş verib.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, toy karvanında Pərvin Musayevə məxsus “Hyundai " markalı gəlin maşını Yevlax sakini Nicat Kərimovu vurub.

Hadisə nəticəsində N.Kərimov yüngül bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı Yevlax rayon polis şöbəsində araşdırma aparılır.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Chosen
115
50
bizim.media

10Sources