EN

İran uçuş qadağasının müddətini bu tarixə kimi uzatdı

Bakı. Trend:

İranın hava məkanında tətbiq olunan uçuş qadağasının müddəti 20iyun, saat 02:30-a qədər uzadılıb.

Trend xəbər verirki, bu barədə IRNA agentliyi İranın Mülki Aviasiya Təşkilatınaistinadən məlumat yayıb.

Bundan əvvəl uçuş qadağasının müddəti 19 iyun, saat 14:30-aqədər uzadılmışdı.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Chosen
49
19
az.trend.az

10Sources