AZ

İranın nüvə obyektləri daha güclü geri qaytarılacaq – Araqçi

Bakı. Trend:

İranın önəmli və dəyərli nüvə obyektləri və binalar zamanınkeçməsi ilə daha güclü şəkildə əvvəlki vəziyyətə qaytarılacaq.

Trend-inməlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi“Instagram” sosial şəbəkəsindəki hesabında paylaşıb.

Onun sözlərinə görə, İranın nüvə mərkəzlərinin geri qaytarılmasıillərlə vaxt tələb etsə belə, bu, həyata keçiriləcək.

Araqçi bildirib ki, İran nüvə silahına sahib iki ölkə qarşısındaözünü müdafiə etdi. Hazırda isə həmişəkindən daha möhkəm gələcəyəbaxır.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Seçilən
46
19
az.trend.az

10Mənbələr