EN

PAŞA Holding-in təşkilatçılığı ilə Qazaxıstanda “INMerge” İnnovasiya Sammitinin üçüncü regional tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Qlobal innovasiya platformasına çevrilmək hədəfi ilə irəliləyən"INMerge" İnnovasiya Sammiti, fəaliyyətinin növbəti addımı olaraqölkəxarici tədbir ilə davam etdi. 17 iyun 2025-ci il tarixindəAlmatı şəhərinin mərkəzində keçirilən bu tədbir, Qazaxıstanınaparıcı texnoloji mərkəzi olan Astana Hub şirkəti ilə tərəfdaşlıqçərçivəsində baş tutub.

Rixos Almaty hotelində keçirilən bu eksklüziv tədbir, regionunstartaplarını, korporativ liderlərini, investorlarını və innovasiyaekosisteminin əsas iştirakçılarını bir araya gətirərək bilik vətəcrübə mübadiləsi, şəbəkələşmə və əməkdaşlıq üçün dinamik birplatforma təqdim edib. Tədbirin aparıcısı The Astana Timesqəzetinin Xəbərlər Departamentinin rəhbəri Aida Haidar olub. Açılışnitqini isə təşkilati transformasiya və sistem dəyişikliyi üzrətanınmış ekspert Patrycja Riera təqdim edib.

Tədbir çərçivəsində iki mövzu ətrafında panel müzakirələrikeçirilib. “İnnovasiyanın Yeni İpək Yolu: Ölçüləbilən İnkişafaAparan Regional Tərəfdaşlıqlar” adlı paneldə Ainur Temirkhankyzy(Freedom Bank Kazakhstan), Nurlan Yesmagambetov (Qazaqstan VentureGroup), Rahim Bayramlı (SABAH.HUB), Nurdaulet Bazylbekov (EurasianHub Ventures) və moderator qismində Women in Tech Kazakhstantəşkilatının baş direktoru Assem Bolatzhan iştirak ediblər.

Digər panel isə “Rəqabətdən Əməkdaşlığa: Korporasiyalar vəStartaplar Xəzər Regionunda İnnovasiyanın Gələcəyini NecəFormalaşdırır?” mövzusuna həsr olunub. Bu sessiyada Jalal Qasımov(PAŞA Holding), Rostislav Konyashkin (Qazaxıstanın Rəqəmsalİnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi), DidarKarimsakov (Qazaqstan Investment Corporation), Askar Zhambakin(Kcell) və Renat Bekturov (AIFC) çıxış ediblər. Panelə SilkroadInnovation Hub-ın təsisçisi və baş direktoru Asset Abdualiyevmoderatorluq edib.

«Azərbaycan və Qazaxıstan oxşar çağırışlarla üzləşir - xüsusiləinsan kapitalının inkişafı sahəsində. Ölkələrimizdə istedadlıinsanlar çoxdur, lakin onların potensialını reallaşdırmağa imkanverəcək dayanıqlı bir sistemin qurulması vacibdir. Regiondakıəməkdaşlıq nə qədər sıx olarsa, startaplar üçün bir o qədər çoximkan yaranacaq. Bizi mədəniyyət, tarix və düşüncə tərzibirləşdirir - bu isə tərəfdaşlığımızı təkcə məntiqli deyil, həm dəhəqiqətən perspektivli edir. Hazırda diqqət mərkəzimizdəAzərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstanla yanaşı,MENA və Şərqi Avropa regionları da yer alır - və INMerge realdəyişikliklərin həyata keçirilməsi üçün dinamik bir platformayaçevrilir» - PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov qeydedib.

Bundan əlavə, tədbirin əsas məqamlarından biri SABAH.HUB vəAl-Farabi Innovation Hub arasında İnnovasiyanın İnkişafı üzrəAnlaşma Memorandumunun imzalanması olub ki, bu da regiondainnovasiya ekosisteminin birgə inkişafına sadiqliyi nümayişetdirib.

Qeyd edək ki, əvvəlki regional tədbirlərdə – Türkiyə vəGürcüstanda olduğu kimi – Qazaxıstanda da proqramın əsasməqamlarından biri ölkənin ən perspektivli startaplarını nümayişetdirmək üçün keçirilən “INbattle” startap müsabiqəsi olub.Müsabiqə zamanı seçilmiş komandalar üçün 29–30 sentyabr 2025-ci iltarixlərində Bakıda baş tutacaq “INMerge” İnnovasiya Sammitindəiştirak imkanı qazanıb.

PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
Chosen
16
4
az.trend.az

5Sources