EN

Azərbaycanın Qələbə Strategiyası: Siyasi fəlsəfədən ədalətə uzanan yol




Dünyanın siyasi lövhəsində, şərəf guşəsində yerimizin olması xüsusi önəm daşıyır — bu, böyük qürur verən bir tarix deyilmi?

Demokratik siyasi sistemin töhfələri uzunmüddətli perspektivdə çox önəmlidir. Lakin demokratiya heç də ideal və mükəmməl bir sistem deyil. Geosiyasi baxımdan ölkələrin siyasi xarakteri, insanların fərdi formalaşmış xarakteri və məcburi yaşadıqları mühitin fəsadlarından irəli gələn asılılıq faktoru nəzərə alınmalıdır.

Dövlətin dərin idarəetmə sistemində bu siyasi amillər mütləq şəkildə nəzərə alınır.

Azərbaycanın siyasi hakimiyyətinin demokratik dəyərlər sisteminə və prinsiplərinə real vəziyyətə uyğun sadiqlik nümayiş etdirməsi, beynəlxalq tərəfdaşlarımızın sayının artmasına səbəb olmuşdur.

Siyasi müxalifətşünasların vaxtilə bizə nümunə göstərdikləri müəyyən ölkələrin əksəriyyəti bu gün artıq doğma ölkəmizlə siyasi tərəfdaşlıqdan strateji tərəfdaşlığa keçid ediblər.

Bu, diplomatiyamızın ölkə maraqları naminə atdığı addımlar nəticəsində, hazırkı dövrdə formalaşmış dəyərli siyasi sistemin nəticəsi kimi qiymətləndirilməlidir.

Dünyada heç bir siyasi sistem mükəmməl sayılmır.

Zaman-zaman özlərini demokratiyanın banisi hesab edən ölkələr belə, bu sistemin prinsiplərinə xəyanət etmişlər. Çünki onlar öz dövlət maraqlarını önə çəkərək, digər ölkələrin maraqlarını arxa plana atmış, həmin ölkələrin vətəndaşlarına isə yuxarıdan aşağı baxaraq onları kiçiltmiş, hüquq və dual haqlarını tanımamaq praktikasına dəfələrlə tətbiq etmişlər.

Bizim üçün bu acı təcrübə Qarabağ məsələsində yaşanıb.

İllərlə beynəlxalq ictimaiyyət dövlətimizin demokratik dəyərlərdən doğan hüquqlarını qorumağa yox, onları qurban verməyə daha meyilli olub.

Lakin Azərbaycanı idarə edən siyasi rəhbərlik ideal siyasi strategiya yürüdərək, beynəlxalq hüquq normalarına riayət etməklə və demokratik dəyərlərə hörmət göstərməklə, tarixin ən böyük ədalətini bərpa etməyə nail oldu.
Müxalifətşünaslar bilməlidirlər ki, bu dəyərlər bəzən mütləqliyə çevrilsə də, siyasi fəlsəfəsi nisbilik nəzəriyyəsindən doğmuşdur.

Bu, siyasətdə bir bənzətmə və ya metafora kimi görünsə də, əslində, siyasətin dünyada nə qədər dəyişkən və kontekstdən asılı olduğunu sübut edən dəyişməz bir nəzəriyyədir.

Nə zaman, nə də məkan sabit deyil.

Siyasətdə isə doğru və yanlış anlayışları çox zaman yalnız baxış bucağından asılı olur.
Prezident İlham Əliyev ölkəmizin milli prinsiplərini və dövlətçilik baxışını əsas tutaraq, mükəmməl siyasi strategiyası ilə xalqımızı əsrin qalib xalqına çevirdi.

"YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Chosen
10
2
newscenter.az

3Sources