Dünyada heç bir siyasi sistem mükəmməl sayılmır. Zaman-zaman özlərini demokratiyanın banisi hesab edən ölkələr belə, bu sistemin prinsiplərinə xəyanət etmişlər. Çünki onlar öz dövlət maraqlarını önə çəkərək, digər ölkələrin maraqlarını arxa plana atmış, həmin ölkələrin vətəndaşlarına isə yuxarıdan aşağı baxaraq onları kiçiltmiş, hüquq və dual haqlarını tanımamaq praktikasına dəfələrlə tətbiq etmişlər.
Bizim üçün bu acı təcrübə Qarabağ məsələsində yaşanıb. İllərlə beynəlxalq ictimaiyyət dövlətimizin demokratik dəyərlərdən doğan hüquqlarını qorumağa yox, onları qurban verməyə daha meyilli olub. Lakin Azərbaycanı idarə edən siyasi rəhbərlik ideal siyasi strategiya yürüdərək, beynəlxalq hüquq normalarına riayət etməklə və demokratik dəyərlərə hörmət göstərməklə, tarixin ən böyük ədalətini bərpa etməyə nail oldu. Müxalifətşünaslar bilməlidirlər ki, bu dəyərlər bəzən mütləqliyə çevrilsə də, siyasi fəlsəfəsi nisbilik nəzəriyyəsindən doğmuşdur. Bu, siyasətdə bir bənzətmə və ya metafora kimi görünsə də, əslində, siyasətin dünyada nə qədər dəyişkən və kontekstdən asılı olduğunu sübut edən dəyişməz bir nəzəriyyədir.
Nə zaman, nə də məkan sabit deyil. Siyasətdə isə doğru və yanlış anlayışları çox zaman yalnız baxış bucağından asılı olur. Prezident İlham Əliyev ölkəmizin milli prinsiplərini və dövlətçilik baxışını əsas tutaraq, mükəmməl siyasi strategiyası ilə xalqımızı əsrin qalib xalqına çevirdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31