EN

QDİƏTPA-nın 65-ci plenar sessiyasının iştirakçıları Füzuli rayonuna səfər ediblər (FOTO)

Bakı. Trend:

İyunun 19-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ParlamentAssambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçılarıAzərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsindəFüzuli rayonunda olublar.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətini QDİƏT PA-da nümayəndəheyətimizin üzvləri - Milli Məclisin Əmək və sosial siyasətkomitəsinin, həmçinin QDİƏT PA-nın Sosial və humanitar siyasətkomitəsinin sədri Musa Quliyev, deputatlar Səbinə Salmanova, RizvanNəbiyev, Günay Ağamalı, Zaur Şükürov, Vüqar İskəndərov və MahirSüleymanlı müşayiət ediblər.

Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanınagələrək hava limanı ilə tanış olublar.

Qonaqları qarşılayan Ağdam, Füzuli və Xocavənd rayonlarındaAzərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlarahava limanı barədə məlumat veriblər. Ermənistan tərəfindən 30 iləyaxın işğal altında saxlanılmış Füzulidə törədilən dağıntılar,vandalizm aktları barədə faktlar səfər iştirakçılarının diqqətinəçatdırılıb. Bildirilib ki, erməni vandalları işğal etdikləri digərşəhər və kəndlər kimi, Füzuli şəhərini də talayıblar, bütün evləri,şəhər infrastrukturunu dağıdıblar, şəhəri tamamilə yer üzündənsiliblər.

Qonaqlara rayon işğaldan azad edildikdən sonra Füzuli şəhərindəBaş plana uyğun olaraq Azərbaycan dövləti tərəfindən həyatakeçirilən genişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumatverilib, onlar hava limanında sərgilənən stendlərlə tanış olublarBildirilib ki, artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarınaqayıdışı reallaşır. Onlar Füzuli şəhərində inşa olunan yeni yaşayışməhəllələrində məskunlaşırlar.

QDİƏTPA-nın
QDİƏTPA-nın
QDİƏTPA-nın
Məqalədə:
Chosen
14
2
az.trend.az

8Sources