Bakı. Trend:
İyunun 19-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ParlamentAssambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçılarıAzərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərləriçərçivəsində Şuşadan sonra Xankəndi şəhərinə gəliblər.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətini QDİƏT PA-da nümayəndəheyətimizin üzvləri - Milli Məclisin Əmək və sosial siyasətkomitəsinin, həmçinin QDİƏT PA-nın Sosial və humanitar siyasətkomitəsinin sədri Musa Quliyev, deputatlar Səbinə Salmanova, RizvanNəbiyev, Günay Ağamalı, Zaur Şükürov, Vüqar İskəndərov və MahirSüleymanlı müşayiət ediblər.
Qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaAzərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarıqarşılayaraq burada Azərbaycan dövləti tərəfindən həyata keçiriləngenişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat veriblər.
Nümayəndə heyətinin üzvləri Xankəndidə Zəfər meydanını gəziblər,onlara şəhərdə yaradılacaq Zəfər muzeyi, tikintisi tamamlanmaqdaolan Konqres zalı və digər layihələr barədə məlumat verilib.
Qonaqlar onları müşayiət edən media nümayəndələrinə müsahibələrveriblər.