EN

"Qarabağ"ın İdarə Heyətinin üzvləri "Fənərbağça" prezidenti Əli Koçla görüşüblər

"Qarabağ"ın baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan "Fənərbağça" klubunun prezidenti Əli Koçla görüşüblər.

Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar. Görüşün sonunda Əli Koça Ağdam təmsilçisinin forması və xatirə hədiyyəsi təqdim olunub.

Chosen
3
27
cbcsport.az

10Sources