Bakı. Trend:
Bu səhər İran İsrail istiqamətində 30-a yaxın ballistik raketburaxıb.
Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, raket zərbələrinin İsrailin mərkəzi bölgəsindəyerləşən Beer-Şeva, Holon və Ramat Qan şəhərlərinə tuş gəldiyibildirilir. Üçü ağır olmaqla, onlarla insanın yaralandığıbildirilir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.