EN

Mahir bu klubla 3 illik müqavilə imzaladı

Mahir Emrelinin yeni klubu bəlli olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

O qeyd edib ki, Mahir Almaniyanın "Kayzerslautern" klubu ilə anlaşıb. Artıq 2-ci bundesliqa klubunun 27 yaşlı futbolçu ilə 3 illik müqavilə bağladığı bildirilib.

Xatırladaq ki, Mahirin son klubu Almaniyanın digər 2-ci bundesliqa klubu "Nürnberq" olub. Onun adı başqa klublarla da hallanırdı.

Chosen
8
1
football-plus.az

4Sources