Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi “Kayzerslautern” klubu ilə razılığa gəlib. II Bundesliqa klubu 27 yaşlı oyunçu ilə 3 illik müqavilə bağlayıb.
Mahir Emrelinin son klubu Almaniyanın başqa 2-ci liqa klubu “Nürnberq” olub. Onun adı başqa klublarla da hallanırdı.