İsrail ordusu İrandan yenidən raket atəşinə tutulub.
İndex.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.
“Hərbiçilər düşmənin hava hədəflərini zərərsizləşdirməyə başlayıblar”,- Mətbuat xidməti əlavə edib.
Bildirilib ki, atəş nəticəsində İsrailin bir sıra bölgələrində hava hücumu həyəcanı elan edilib, əhaliyə sığınacaqlara yerləşmək tövsiyə olunub.