İranın İsrailə yeni raket hücumu başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin “X”də bildirib.
Məlumata görə, hazırda bir çox ərazilərdə sirenalar eşidilir.
Bildirilib ki, İrandan İsrailə doğru 10-a yaxın raket atılıb.
Qeyd edək ki, bu barədə İran tərəfi hələlik rəsmi məlumat yaymayıb.
***
Ordu bildirir ki, İrandan İsrailə atılan ballistik raketlərin böyük qismi hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.